Emrelinin müqavilə ilə məxsus olduğu klubun baş məşqçisi bilindi
06.04.2023 - 22:47
Emrelinin müqavilə ilə məxsus olduğu klubun baş məşqçisi bilindi

Millimizin hücumçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komanda İqor Bişçana tapşırılıb.

Bunadək Xorvatiyanın U-21 yığmasını da çalışdırmış 44 yaşlı mütəxəssis uzun müddət "Dinamo"da oynayıb. O, klub tarixinin ən çox kubok qazanan futbolçularından biri olub.

Qeyd edək ki, "Dinamo" bu gün Ante Çaçiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Buna səbəb son turlar "Dinamo"nun qeyri-sabit çıxış etməsidir.

writer photo
Əlirza Əlirzalı
0