Emrelisiz start, evdə xal itkisi
07.04.2023 - 23:34
Emrelisiz start, evdə xal itkisi

Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" Türkiyə Super Liqasının XXVIII turunun açılış matçında xal itirib.

Apasport.az xəbər verir ki, "Konyaspor" "Antalyaspor"la heç-heçə edib – 1:1.

Bu görüşə Mahir Emreli start heyətdə başlamayıb. O, meydana 66-cı dəqiqədə hücumçu Muhammet Dəmiri əvəzləyərək meydana daxil olub.

Qeyd edək ki, "Konyaspor" 36 xalla 8-ci pillədədir.

writer photo
Əlirza Əlirzalı
0