Ev sahiblərinin qələbə günü
14.05.2023 - 00:47
Ev sahiblərinin qələbə günü

İtaliya A seriyasında keçirilən hər üç oyunda meydan sahibləri qalib gəliblər.

Apasport.az saytı xəbər verir ki, “Milan” autsayderlər qrupunda qərarlaşan “Spetsiya”ya uduzub.

“İlk dördlüy”ə daxil olmaq istəyən “Atalanta” da eyni aqibəti yaşayıb. O, “Salernitana”ya uduzub. Bu məğlubiyyətlər hər iki komandanı 4-cü pillədən xeyli uzaqlaşdırıb.

Əvəzində “İnter” 3 xal qazanaraq, üçüncü pilləyə yüksəlib.

35-ci tur
“Spetsiya” – “Milan” – 2:0
Qollar: Vişnevski, 75. Espozito Sa, 85.
“İnter” – “Sasuolo” – 4:2
Qollar: Lukaku, 41; 89. Tressoldi, 55 (avtoqol), L. Martines, 58 – Enrike, 63. Frattesi, 77.
“Salernitana” – “Atalanta” – 1:0
 

writer photo
Əlirza Əlirzalı
0