Millimizin üzvü Ukrayna klubunda qalacaq
18.07.2024 - 15:34
Millimizin üzvü Ukrayna klubunda qalacaq

Azərbaycan milli komandasının üzvü Emil Mustafayev yeni sezona Ukraynada başlayacaq.

Apasprot.az saytına verilən məlumata görə, Mustafayevin adı “Neftçi” və “Sabah”la hallansa da, yarımmüdafiəçi klubunu dəyişməyi planlaşdırmır.

Emilin “Polessye”də qalacağı və 2024/2025 mövsümünə məhz hazırkı komandasında başlayacağı dəqiqləşib. Bu barədə futbolçu özü qərar verib. O, komandasını dəyişmək niyyətində deyil və “Polessye”də qalmağı seçib.

Emilin Ukrayna klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0