Əvəzedicilər Liqasında 28-ci tura start verildi
30.03.2024 - 22:11
Əvəzedicilər Liqasında 28-ci tura start verildi

Əvəzedicilər Liqasında 28-ci tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

“Neftçi-2” səfərdə əsas izləyicisi “Qəbələ-2” üzərində qələbəyə sevinib. “Qarabağ-2” isə “Kəpəz-2” ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb.

Əvəzedicilər Liqası
28-ci tur
30 mart

“Qəbələ-2” – “Neftçi-2” 1:2
Qollar: Fariz Xeyrullayev, 85-öz qapısına – Samir Həsənov, 32. Ağadadaş Salyanski, 37.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Kəpəz-2” – “Qarabağ-2” 1:3
Qollar: Nemət Musayev, 55 – İbrahim Camalov, 36. Əşrəf Zeynallı, 43. Musa Musazadə, 90+1.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

writer photo
Əlirza Əlirzalı
0