Abubakara Braziliyadan təklif var
12.01.2024 - 16:22
Abubakara Braziliyadan təklif var

Vinsent Abubakar Braziliyaya köçə bilər.

Apasport.az xəbər verir ki, Kamerun millisinin kapitanı “Qremio” klubunun diqqətini cəlb edib.

Komandanın prezidenti Alberto Querra 31 yaşlı hücumçunun transferini çox istədiklərini açıqlayıb: "Vinsentin meneceri onu İngiltərə Premyer Liqa klublarına təklif edib. Futbolçunun özü də sözügedən çempionatı arzulasa da, biz ümidimizi itirmirik. Düşünürəm ki, Braziliya Abubakar üçün fərqli bir macəra ola bilər”. 

Qeyd edək ki, “Beşiktaş”la yolları ayırmaq istəyən forvard hazırda milli komanda ilə Afrika Millətlər Liqasına hazırlaşır. 

writer photo
Əlirza Əlirzalı
0