Əfsanəvi Toni Parker Fransa yığmasının basketbol üzrə dünya çempionatındakı çıxışına qiymət verib.
Apasport.az saytının məlumatına görə, o, komandanın çıxışını biabırçı adlandırıb.
“Biz fiasko yaşadıq. Bu barədə komandanın üzvü Nikola Batumlu uzun müddət danışdıq. Həqiqətən, çox üzücüdür və biabırçı nəticədir. Belə yığma ilk mərhələdə mübarizəni dayandırmalı deyil. İspaniya və ABŞ kimi komandaların bu halı yaşadığınl görmüşünüz?”, deyə Toni Parker fikrini tamamlayıb.
Qeyd edək ki, Kanada, Latviya və Livan komandaları eyni qrupda yarışan “üçrənglilər” üçüncü yeri tutaraq, pley-offda oynamaq şanslarını itiriblər.