Rəşad Sadıqov: "Hakimliyin səviyyəsi yüksəlib"
03.12.2023 - 19:23
Rəşad Sadıqov: "Hakimliyin səviyyəsi yüksəlib"

Misli Premyer Liqasının XV turunun "Neftçi" - "Zirə" (1:0) matçından sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib. 

Sadıqov daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"Komandama təşəkkür etmək istəyirəm. Çox keyfiyyətli oynadıq. İstəməzdik ki, uduzaq. Qələbəyə köklənmişdik. Bilirdik ki, qələbə bizə üstünlük yarada bilərdik. Risk etmək olardı. Çoxsaylı hücumlar etdik, oyuna nəzarət etdik. Rəqibin yeganə təhlükəli epizodunda...Heç təhlükəli epizod da deyildi. Rəhmanın başla qol vurmasını nadir hallarda görmüşük. Yeganə hücumları qolla nəticələndi. Biz qol epizodları yaratdıq, amma top qapı xəttindən keçmək istəmirdi. Futbolçularıma təşəkkür edirəm. Bu oyunu inkişaf etdirsək, mövsümün sonunda uğurlu nətiocə əldə edə bilərik. Avrokuboklara da getsək, belə olar. Komandamın inkişafı məni sevindirir.

- Bitirici hücumçu komandada çatışmır. Bu barədə çalışmalara başladığınızı demişdiz. Qışda hücumçu transfer olacaq?
- Hər komanda istəyər ki, heyətdə hər oyun da fərqlənən oyunçu olsun. İmkanlara uyğun komanda qurmuşuq. Narazı deyiləm. Amma hamı istəyər ki, fərqli oyunçular gətirib, heyəti genişləndirəsən. Amma buna bu gün imkan yoxdur.

-Hakimlərlə iradınız olurdu. Bir epizodda kinayə ilə "time-out" da dediz. Hakimlikdən narazı qaldız?
-Nəticəyə təsir edən səhvlər olmadı. Sadəcə, Ruan Renatoya sarı kart verildi. Növbəti oyunu buraxdı. Əvəzetmə hzaırdır, baş hakim "Neftçi"nin oyunçusu ilə danışırdı. Bunların nəticəyə təsiri yoxdur. Amma xoşagəlməz məqamlardır. Futbolçuları və məşqçiləri də gərginləşdirir. Olur da, nəysə.

- Altı ildir ki, bu stadionda qalib gələ bilmirsiz...
- Kubokda qalib gəlmişdik. Qələbələrə çox yaxın olmuşuq. Bəlkə də, evdə "Neftçi" ilə oyunlarımız daha ağır keçir. Bu gün üstün biz idik. Keçən il 1:2 uduzduğumuz matç var idi , biz qalib gəlməliydik. Qələbəyə yaxın oyunlar çox olur. 


- "Zirə" ilk dəqiqələrdən daha pressinqlə, daha maraqlı oynaya bilər?
- Olar. Hücum futbolunu xoşlayıram. Müdafiəçi olsam da, belədir. Hər hansı passiv oynamaq göstərişimiz olmur. Oyunun əvvəlində komandaya daha diqqətli oynamağı tapşırıq veririk. Dəqiqələr ötdükcə çalışırıq ki, hücumlarımızı artıraq. Bu gün də, birinci hissədə biz daha təhlükəli idik. Futbol taktiki oyundur. Şəraiti düzgün qiymətləndirmək lazımdır. Mümkün şəraiti düzgün qiymətləndirmək lazımdır. "Neftçi" ilə oyunda 90 dəqiqə planda olmalıyıq planını cızsaQ, mən başda olmaqla ağılsızlıq olar. Düşünürcdüm ki, oyunun gedişatı fərqli olacaq, "Neftçi" irəli atılacaq. Daha təhlükəli tərəf biz idik.

- Əvvəl demişdiz ki, Yeqor Boqomolskini icarəyə götürmək istəyirsiz. Aktualdır?
- Transfer dövründə müzakirə edəcəyik. 


- Hakimlikdən əksər məşqçilər narazıdır...
- Özümə aid epizodları müzakirə edə bilərəm. Bu mövsüm nəticəyə təsir edən epziodlar az olub. Amma məsələn, Pyer Zeblinin qırmızı vərəq epizodu var idi, orada qırmızı yox idi. “Qəbələ”də penaltimiz verilmədi. Amma hakimliyin işinə gəldikdə, həmişə dürüst olmuşam. Bu mövsüm hakimliyin işinin yaxşılaşdığını düşünürəm. Şəxsi fikrim odur ki, tam əksinə hakimliyin səviyyəsi qalxıb.

writer photo
Əlirza Əlirzalı
0