"Arsenal" da Tomorini İSTƏYİR
06.01.2024 - 10:55
"Arsenal" da Tomorini İSTƏYİR

Transfer bazarında "Milan"ın ingiltərəli müdafiəçisi Fikayo Tomoriyə ciddi tələbat var.

Apasport.az "Football Transfer" nəşrinə istinadla xəbər verir ki, "Arsenal" 26 yaşlı müdafiəçi ilə maraqlanır. 

Bundan öncə isə Bundesliqa nəhəngi "Bavariya" Tomori ilə maraqlanırdı. 

Qeyd edək ki, Kanadanın Kalqari şəhərində anadan olan futbolçu 2021-ci ildən “Milan”da çıxış edir. 

 

writer photo
Əlirza Əlirzalı
0