"Mançester Siti" ulduz futbolçusu ilə yollarını ayıra bilər
21.03.2024 - 15:58
"Mançester Siti" ulduz futbolçusu ilə yollarını ayıra bilər

"Mançester Siti" yarımmüdafiəçi Cek Qriliş üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Apasport.az xəbər verir ki, "Mançester Siti" gələn yay onun üçün təklif alsa, Qrilişin başqa kluba keçməsinə icazə verəcək.

"Şəhərlilər" komandanı gücləndirmək üçün əlavə vəsait toplamalıdırlar, ona görə də bahalı ingilisi heyətdə saxlamayacaqlar.

Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ilin avqustunda 117,5 milyon avroya "Aston Villa"dan alıb. "Transfermarkt" mütəxəssisləri futbolçunun hazırkı transfer dəyərini 65 milyon avro olaraq qiymətləndirib.

writer photo
Əlirza Əlirzalı
0