Faydasız qələbələr və 3 ildən sonra yenə “Qəbələ”
29.07.2022 - 17:57
Faydasız qələbələr və 3 ildən sonra yenə “Qəbələ”

“Qəbələ” avrokuboklara qələbə ilə vida edib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”ı cavab oyununda 2:1 hesabı ilə məğlub etsə də, turnirlə vidalaşmaq məcburiyyətində qalıb.

Buna komandanın Macarıstandakı 1:4 hesablı məğlubiyyəti səbəb olub. Azərbaycan klubları avrokuboklar tarixində 13-cü dəfə cavab görüşündəki qələbə ilə turnirə vida edib.

İlk matçdakı məğlubiyyətin revanşını tam ala bilməyən sonuncu komanda da “Qəbələ” olub. Bölgə təmsilçisi üç il əvvəl evdə uduzduğu “Proqres”i Lüksemburqda yensə də, tur adlaya bilməyib.

Ümumiyyətlə isə faydasız qələbələr üzrə rekord “Şamaxı”ya məxsusdur. Həm “Xəzər Universiteti”, həm “İnter”, həm “Keşlə” adları ilə belə üzüntü yaşayan klub 4 dəfə kambeki yarımçıq qoyub. “Bakı”, “Neftçi”, “Qəbələ” hərəyə 2, “Bakı fəhləsi”, “Kəpəz” və “Qarabağ” bir belə qələbə əldə edib.

1998/99. “İnkaras” - “Bakı fəhləsi” – 1:0, 0:1, p.5:4
1999/2000. “Sloqa Yuqomaqnat” – “Kəpəz” – 2:1, 0:1
2004/05. “Tampere” - “Xəzər Universiteti” – 3:0, 0:1
2005/06. “Anderlext” – “Neftçi” – 5:0, 0:1
2006/07. “Sioni” - “Bakı” – 2:0, 0:1
2007/08. “Rid” – “Neftçi” – 3:1, 1:2
2010/11. “Bakı” – “Buduçnost” - -:+, 2:1
2010/11. “İnter” - “Lex” – 0:1, 1:0, p.8::9
2011/12. “Brügge” – “Qarabağ” – 4:1, 0:1
2013/14. “Tromse” – “İnter” – 2:0, 0:1
2018/19. “Baltsan” – “Keşlə” – 4:1, 1:2
2018/19. “Qəbələ” – “Proqres” – 0:2, 1:0
2022/23. “Fehervar” – “Qəbələ” – 4:1, 1:2
 

writer photo
Əlirza Əlirzalı
0