Tansu Gürsel: “Qarabağ” Yunanıstanda da qol vuracaq”
06.10.2022 - 15:57
Tansu Gürsel: “Qarabağ” Yunanıstanda da qol vuracaq”

Türkiyəli futbol eksperti Tansu Gürsel Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu ilə bağlı düşüncələrini bölüşüb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Pirey klubunun heyətindəki problemləri qabardıb.

Gürsel Azərbaycan çempionunun səfərdə qol vuracağını ehtimal edib:

Bu mövsüm heyətini qurmaqda gecikən “Olimpiakos” həm çempionatda, həm də Avropa Liqasında hələ də gözlənilən oyunu sərgiləmir. Orta sahədə Diadie Samasseku, Paytim Kasami, Hames Rodriges, Kostas Fortunis, hücumda isə Konrad de la Fuente ve Sedrik Bakambu gibi tanınmış simaların yer aldığı heyətin bəzi üzvlərinin avrokuboklar üçün sifariş olunmaması baş məşqçi Miçelin də seçim imkanını azaldır.

Yunanlar bunun acısını qrupdakı ilk iki oyunda uduzaraq yaşadı. Üstəlik, “Olimpiakos”un müdafiə xəttində də problemlər mövcuddur, zədəli oyunçuları var.

“Qarabağ” isə istər seçmə mərhələdə, istərsə də qrupdakı oyunları ilə gözləntiləri də üstələyib. Azərbaycan təmsilçisində işlər yolunda gedir, qol yollarında problem yaşamırlar. Qrupun ilk matçında “Frayburq”a uduzanda belə, səfərdə qol vurmağı bacarmışdılar. Bu, özünəinamın nəticəsidir. “Qarabağ” Yunanıstanda da qol vuracaq. Hər iki komandanın fərqlənəcəyini düşünürəm.

Proqnozum: Q/Q
 

writer photo
Əlirza Əlirzalı
0