“Fehervar”ın baş məşqçisi: “İstədiyimizi göstərə bildik”
22.07.2022 - 00:28
“Fehervar”ın baş məşqçisi: “İstədiyimizi göstərə bildik”

“Biz hazırlığa 6 həftə əvvəl başlamışdıq. Hədəfimiz bugünkü görüşdə qalib gəlmək idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Fehervar”ın baş məşqçisi Mixael Boris deyib.

O, Konfrans Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə ilk matçındakı 4:1 hesablı qələbəyə şərh verib: “Yoxlama oyunlarının nəticələri yaxşı olsa da, sürətli deyildik. Bugünkü görüşün ilk yarısında bizə çətin idi. Hesabı yaxşı qolla bərabərləşdirdik. Fasilədə videoanalitik soyunub-geyinmə otağına gəldi və zəruri qeydlərini çatdırdı. Bunlar da ikinci hissədə daha effektli olmağa kömək etdi”.

Boris ikinci hissədə hər şeyin “Fehervar”ın lehinə olduğunu qeyd edib: “Rəqibin azlıqda qalması da, əvəzetmələr də xeyrimizə işlədi. Yekunda 4:1 hesablı qələbə qazandıq. Matçın sonlarında səhvlərimiz oldu. Hesab 3:1 olarkən rəqibin fərqlənməyinə qapıçımız imkan vermədi. Ümid edirəm ki, biz istədiyimizi göstərə bildik. Üç top fərqi cavab oyunu öncəsi yaxşı nəticədir. Təkcə nəticə deyil, futbolçuların toplu və topsuz hərəkətlərindən də razı qaldım. Səfərə III təsnifat mərhələsinə adlamaq üçün yollanacağıq”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0