“Mançester Yunayted”dən 100 milyonluq transfer
29.08.2022 - 00:46
“Mançester Yunayted”dən 100 milyonluq transfer

“Ayaks”ın futbolçusu Antoni “Mançester Yunayted”ə keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı vingerin transferi ilə bağlı klublar razılığa gəlib.

Müqavilənin məbləği bonuslar da daxil olmaqla 100 milyon avro olaraq qiymətləndirilir. Bundan əvvəl Amsterdam təmsilçisi ingilislərin 90 milyon avroluq təklifini rədd etmişdi. Braziliya millisinin üzvü “qırmızı şeytanlar”la 5 illik müqaviləni razılaşıdırıb. Yay fasiləsində “Ayaks”ın müdafiəçisi Lisandro Martines də əks düşərgəyə yollanıb.

Qeyd edək ki, Antoni cari mövsüm “Ayaks”ın heyətində 2 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0