Runi: "Mançester Siti" çempion olacaq"
31.03.2023 - 01:56
Runi: "Mançester Siti" çempion olacaq"

"Ümid edirəm ki, "Arsenal" Premyer Liqanı qazanacaq, amma "Siti"nin onları məğlub edəcəyini düşünürəm. Maraqlı olacaq".

Apasport.az xəbər verir ki, bunu "Mançester Yunayted"in sabiq hücumçusu Veyn Runi deyib. "DiSi Yunayted"in baş məşqçisi "Mançester Siti"nin titulunu qoruyacağına inandığını bildirib:

"Düşünürəm ki, "Arsenal" indiki mövqeyinə yenicə çatdığı üçün təzyiq çox böyük ola bilər. 10 matç qalanda real təzyiq hiss etməyə başlayırsan. Ona görə də görəsən, "Arsenal" bütün mövsümdə etdiklərini etməyə davam edə bilərmi?

Arling Holan inanılmazdır. Mən onun oyununu izləməyi sevirəm. O mütləq birdən çox rekord qıracaq”.

writer photo
Əlirza Əlirzalı
0