AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub.
“Zirə” – “Şamaxı” matçında meydan ahibləri oyun günü planı tələblərini pozduğuna görə 800 manat cəzalandırılıb.
“Səbail” – “Sumqayıt” qarşılaşmasında Bakı klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə paytaxt təmsilçisi 4000 manat cərimələnib. Qonaqların nümayəndəsinin iclasa gecikdiyi üçün “Sumqayıt” 800 manat ziyana düşüb. “Səbail”in futbolçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalandırılıb. O, klubunu 200 manat cəriməyə məruz qoyub.
“Sabah” –“Kəpəz” matçında meydan sahiblərinin futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb. Paytaxt klubu 200 manat cərimə ödəyəcək. “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb. Gəncəlilər 1600 manat ziyana düşüb. Qonaq azarkeşləri tərəfindən hakimlərinin kütləvi təhqir edilməsinə görə klub daha 4000 manat cərimələnib.
“Qəbələ” –“Qarabağ” qarşılaşmasında qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün Ağdam təmsilçisi 800 manat cərimə edilib.