Millimiz Avropa Kubokunda mübarizəyə başlayır
23.08.2024 - 10:18
Millimiz Avropa Kubokunda mübarizəyə başlayır

Bu gün Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.

Apasport.az xəbər verir ki, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:40-da start götürəcək. İkinci oyunda isə rəqib meydan sahibləri olacaq. Görüş saat 19:15-ə təyin olunub.

1/4 final matçları sabah baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycanın qadınlardan ibarət yığması İspaniya (7:21) və Avstriyaya (12:20) uduzub.

writer photo
Əlirza Əlirzalı
0