Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər “Tottenhem” – “Mançester Yunayted” qarşılaşmasında risk edib.
Better Premyer Liqa matçına 1 milyon 900 min rubl (39 min 710 manat) qoyub. O, “1-ci komanda 1 Üst” variantına, yəni London klubunun 1-dən çox qol vuracağına mərc gəlib.
Bu variantın əmsalı 1,48 olub. İlk 45 dəqiqədə iki qol buraxan “Tottenhem”in fərqlənə bilməməsi proqnozsevərə həyəcan yaşadıb. 56-cı dəqiqədə fərqlənən Pedro Porro betterə ən azı pulunun qaytarılmasını təmin edib.
Matçın sonuna 11 dəqiqə qalmış Son Xın Min müştəriyə sevinc gətirib. 2:2 hesablı heç-heçə 2 milyon 812 min rubl (58 min 770,8 manat) uduşla nəticələnib.