"Fənərbaxça" heyətini gücləndirməkdə davam edir
21.07.2024 - 23:51
"Fənərbaxça" heyətini gücləndirməkdə davam edir

"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edir.

Apasport.az xəbər verir ki, İstanbul klubu "Sevilya"dan Yussef En-Nesri ilə razılaşıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Fənərbaxça" mərakeşli hücumçu üçün İspaniya klubuna 20 milyon avro ödəyəcək.

Qeyd edək ki. Mərakeş millisinin üzvü 2020-ci ildən "Sevilya"da çıxış edir. O, ötən mövsüm komandada ümumilikdə 41 oyuna 20 qol vurub, 3 qol ötürməsi edib.

writer photo
Əlirza Əlirzalı
0