"Fənərbaxça" iki yeni transferini reallaşdırdı
16.07.2024 - 21:19
"Fənərbaxça" iki yeni transferini reallaşdırdı

"Fənərbaxça" heyətinə iki yeni oyunçu cəlb edib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Əhli"dən Allan Sen-Maksimenin keçidini həll edib.

Fransalı vinger 2024/2025 mövsümünü icarə əsasında "Fənərbaxça"da keçirəcək.

"Alanyaspor"dan isə Oğuz Aydın transfer edilib. 23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

writer photo
Əlirza Əlirzalı
0