Emeri 26 yaşlı həmyerlisini dəvət etdi
30.06.2023 - 01:39
Emeri 26 yaşlı həmyerlisini dəvət etdi

İspaniyalı müdafiəçi Pau Torres “Aston Villa”ya keçə bilər.

Apasport.az saytı xəbər verir ki, baş məşqçi Unay Emeri bu transferin reallaşmasını arzu edir.

İspaniyalı mütəxəssis futbolçunun bacarığına yaxşı bələddir. Onların yolu “Vilyarreal”da kəsişib. 26 yaşlı müdafiəçi “Aston Villa” ilə müqavilənin bütün detallarını razılaşdırıb. Birmingem təmsilçisi Torres üçün qarşı tərəfə 41 milyon avro təklif edib. Maliyyə problemləri olan İspaniya klubu transferə müsbət cavab verib.

Qeyd edək ki, İspaniya yığmasının da şərəfini qoruyan Pau son mövsümdə 34 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0