"Fənərbaxça" Sofyan Amrabat transferini rəsmiləşdirib
30.08.2024 - 16:43
"Fənərbaxça" Sofyan Amrabat transferini rəsmiləşdirib

Transfer çalışmalarını davam etdirən "Fənərbaxça" Sofyan Amrabat transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-lacivərdlilər" mərakeşli futbolçunun icarəsi ilə bağlı "Fiorentina" və futbolçu ilə razılıq əldə edib.

Bu gün saat 16:30-da İstanbula gələcək Sofyan Amrabat tibbi müayinədən keçdikdən sonra "Fənərbaxça" ilə müqavilə imzalayacaq.

 

 

writer photo
Əlirza Əlirzalı
0