“Fənərbaxça”dan darmadağın
26.07.2023 - 23:55
“Fənərbaxça”dan darmadağın

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, “Fənərbaxça” öz meydanında böyükhesablı qələbə qazanıb.

“Sarı-lacivərdlilər” Moldova təmsilçisi “Zimbru”nun qapısından 5 cavabsız top keçiriblər. Komandanın yeni transferlərindən Kinq iki, Dzeko və Şimanski isə hərəyə bir qol vurublar.

Belarus klubu “Neman” ilk oyunu qələbə ilə başa vurub. Ev oyunlarını Macarıstan keçirən komanda “Balzan”ı 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, turnirin digər oyunları sabah baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
26 iyul

“Struqa” (Şimali Makedoniya) – “Buduçnost” (Monteneqro) – 1:0
RFS (Latviya) – “Sabah” (Azərbaycan) – 0:2
“Midtyullan” (Danimarka) – “Niedercorn” (Lüksemburq) – 2:0
ÇSKA (Bolqarıstan) – FCSB (Rumıniya) – 0:1
“Fənərbaxça” (Türkiyə) – “Zimbru” (Moldova) – 5:0
“Neman” (Belarus) – “Balzan” (Malta) – 2:0

writer photo
Əlirza Əlirzalı
0