Türkiyə Super Liqasının 30-cu turunun “Trabzonspor” - “Fənərbaxça” matçının gedişində və oyundan sonra yaşanan qalmaqalla bağlı İstanbul təmsilçisinin prezidenti Ali Koç öz fikirlərini səsləndirib.
Apasport.az xəbər verir ki, bu barədə o, FB TV-yə açıqlama verib:
"Uzun saxlamayacağam, sadəcə məlumat vermək istəyirəm. Türkiyə futbolu üçün ayıbdır. Bu iki klubun bir-biri ilə vuruşması, iki klub arasında zorakılıq və nifrət toxumu səpmək üçün təşəbbüs göstərənlər var, son 13-14 ildir. 1996-cı il çempionatdan sonra əslində gərginlik artdı, amma heç vaxt belə bir nifrət olmadı. Trabzonspor ölkə futbolunun ən əhəmiyyətli dəyərlərindən biridir.
Meydanımızda 3-2 məğlub olmuşduq, amma dünən 3-2 qalib gəldik. Orada "Trabzonspor" idarəçilərini ən yaxşı şəkildə qəbul etməyə çalışmışdıq. Dünən bizi çox yaxşı, bəlkə də bir addım daha yaxşı qəbul etdilər. İnzibati problem yoxdur, bir çox mövzuda eyni nöqtədəyik. Hər 2 komanda bir çox mövzuda eyni nöqtədədir.
Futbol vasitəsilə cəmiyyətə nəsə edilirmi, bilmirəm. Dünən edilənlər tamamilə təşkil olunmuşdu".
"Dünən hakimin heç bir sanksiya tətbiq etməməsi, tətbiq edəndə isə artıq gec olması azarkeşləri ruhlandırmağa başladı. Futbolun nəbzini bir az bilən adam işlərin hara getdiyini bilir. Elələri də var. Yaşadığı travmaya görə bəlkə də psixologiyasının yetərli olmadığını söyləyin, amma bunu deyim, ölkəmizin düşdüyü vəziyyətdə heç bir hakim o matçı ləğv edə bilməzdi: “TFF bu matçın davam edə bilməyəcəyini deməliydi”.
Rəqibimizin siyasi gücü bəllidir, bəlkə də qorxmuşdular. Meydana pirotexniki vasitə atılır. Hakim də bunu görür və davam edir. Sonra da qol vurulur. 3-2 olsaydı, necə olardı? Növbəti bir çempionluq bizdən zorakılığa görə əlimizdən alına bilərdimi?
Əgər 2 apreldə alacağımız qərara görə, aşağı liqaya düşürülsək, prezidentiyi buraxmayacağam, komandanı yenidən Super Liqaya çıxana qədər, predizent olacam".