“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Ferensvaroş”u qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, rusiyalı futbol eksperti Dmitri Spirin Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçla bağlı proqnozunu verib.
Maraqlıdı ki, Azərbaycan çempionu evdə çıxış etməsinə baxmayaraq, mütəxəssis Macarıstan təmsilçisinə güvənir:
Bu cütlükdəki komandalardan “Qarabağ” ilk iki raundda “Lex” və “Sürix”i evdə qazanılan qələbə sayəsində üstələdi. İsveçrəlilərlə duelin taleyi isə əlavə olunmuş vaxtda həll olundu.
“Ferensvaroş” da buna qədər “Tobol”la “Slovan”ın müqavimətini qırdı. Maraqlıdır ki, macarlar hər iki halda cavab matçındakı darmadağınla qalib gəldi. “Ferensvatoş” iyulun 31-də də Macarıstan çempionatının ilk turunda “Puşkaş Akademiyası”nı 1:0 hesabı ilə məğlub etdi. Stanislav Çerçesovun kollektivi sxem üzrə oyununu davam etdirir.
Güman edirəm ki, Bakıdakı görüşdə “Ferensvaroş” ən azı heç-heçə edəcək. “Ağ-yaşıllar” Bratislavada çox yaxşı idilər. Macarların heyəti “Qarabağ”dan daha balanslıdır.
Proqnozum: X2