Ten Haqın müdafiəçi arzusu
06.05.2023 - 16:24
Ten Haqın müdafiəçi arzusu

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haqın transfer istəyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis rəhbərlikdən Jeremi Frimponqun alınmasını istəyib.

O, “Bayer”in müdafiəçisinin komandanın həm arxa xəttini gücləndirəcəyini, həm də hücuma dəstək verəcəyini düşünür. 22 yaşlı futbolçunun sürətli hücumlara qoşulma bacarığı Ten Haqın diqqətini çəkib.

Qeyd edək ki, Frimponqun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0