Fərid Qayıbov: "İnanıram ki, AFFA baş məşqçi postuna uğurlu seçim edəcək"
09.01.2024 - 14:25
Fərid Qayıbov: "İnanıram ki, AFFA baş məşqçi postuna uğurlu seçim edəcək"

"Futbol üzrə Azərbaycan millisini çalışdıracaq baş məşqçi ilə bağlı heç bir fikrim yoxdur".

Apasport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan futbol millisinə baş məşqçi axtarışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir mütəxəssis seçimi ilə bağlı AFFA-ya güvəndiyini bildirib: "İnanıram ki, AFFA baş məşqçi postuna uğurlu seçim edəcək".

Qeyd edək ki, Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçi postu boş qalıb. 

 

writer photo
Əlirza Əlirzalı
0