"Bayer"də yeni hücumçu
25.01.2024 - 16:22
"Bayer"də yeni hücumçu

Leverkuzen “Bayer”i heyətini yeni hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Betis"in hücumçusu Borxa İqlesiasla anlaşıb.

Razılaşmaya əsasən, 31 yaşlı ispaniyalı forvard mövsümün sonuna kimi alman klubunun şərəfini qoruyacaq. Komanda rəhbərliyi razı qalacağı təqdirdə, 8 milyon avro ödəyərək oyunçunun hüquqlarını almaq şansına malik olacaq.

Qeyd edək ki, cari mövsümdə 18 matçda yer alan İqlesias 2 qol və eyni sayda məhsuldar ötürmənin müəllifidir.

writer photo
Əlirza Əlirzalı
0