“Neftçi”nin icraçı direktoru Fərrux Mahmudov komandasının Konfrans Liqasının II təsnifat mərhələsində “Jelezniçar”a 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra mətbuatın suallarını cavablandırıb.
Apasport.az saytının əməkdaşının iştirak etdiyi brifinqdə klub rəhbəri komandanın oyununu dəyərlədirib və gələcək planlardan danışıb.
- “Jelezniçar”la oyunu necə dəyərləndirərdiniz?
- Qürur duyuram. Komanda sona qədər vuruşdu. Hesabda 2:0 öndə olarkən futbolçular 3-cü qolu da vurmaq istəyirdilər. Təəssüf ki, alınmadı. Mənim proqnozum 3:0 idi. Əsas məsələ, qələbələrimizin davamlı olmasıdır. Bu, yeni rəhbərliyin, yeni baş məşqçinin ilk qələbəsi idi.
- Növbəti mərhələdə "Beşiktaş" kimi güclü rəqiblə qarşılaşacaqsız. Bu, sizi qorxutmur?
- Əminəm ki, oyundan-oyuna güclənəcəyik. Yeni hücumçularımız da gəlir. Onlar növbəti matçda iştirak edə biləcəklər. İnanıram ki, komandamız daha da güclü olacaq.
- Adı mətbuata sızıb, amma rəsmiləşməyən neçə transferiniz var?
- Rəsmiləşməyini gözləyirik. Hazırda iki nəfərlə danışıqlar aparırıq.
- Avqusto Lotita transferi nə yerdədir?
- Danışıqlar davam edir.
- İlk matçdan sonra demişdiniz ki, "Jelezniçar"a meydan oxuyacağıq. Bu gün istədiyiniz performansı gördünüz?
- Görə bildik. Top daha çox bizdə idi və hücumlar edirdik. Forvardımız olmaya-olmaya hücum futbolu oynadıq.
- Azarkeşlər də bu gün möhtəşəm idi. Onlar haqda nə deyə bilərsiniz?
- Onların əlləri, ayaqları var olsun. 12-ci oyunçumuzun tribunada olduğunu göstərdilər.
- Yeni mövsümlə bağlı azarkeşlərə nə söz verirsiniz?
- İndi nəsə demək çətindir. Sabah iki azarkeş qrupu ilə görüşəcəyik.
- Yeni mövsüm üçün büdcə təsdiqlənib. Ötən illə müqayisədə artırılacaq?
- Bu, məxfi informasiyadır. Açıqla vermək düzgün deyil. Hələ ki, təsdiqlənmə prosesinin içindədir.
Fərrux Mahmudov: “Bu, məxfi informasiyadır” - MÜSAHİBƏ
04.08.2023 - 00:28
0
0