“Turan Tovuz”un şikayəti təmin edilmədi
16.05.2024 - 17:54
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun futbolçu Roderik Millerlə bağlı şikayətini təmin etməyib.
Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
AFFA İntizam Komitəsinin (İK) oyunçu ilə bağlı qərarı qüvvədə saxlanılıb. İK "Zirə"yə uduzduqları (1:2) oyunda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan müdafiəçini 4 oyunluq cəzalandırıb.
Tovuz klubuna isə 3000 manat cərimə kəsilib.
0
0