Filip Ozobiçin durumuna aydınlıq gəldi
31.10.2022 - 15:58
“Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının XII turunun “Şamaxı” ilə oyununda zədələnən yarımmüdafiəçi bu gün müayinədən keçib.
Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də keçiriləcək.
0
0