“Neftçi” pley-offda səpələnmişlər sırasında
29.07.2022 - 09:28
“Neftçi” pley-offda səpələnmişlər sırasında

Konfrans Liqasının pley-off mərhələsinin püşkatması avqustun 2-də baş tutacaq.

Apasport.az saytının məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Neftçi”nin də mümkün rəqibi bəlli olacaq. Bakı təmsilçisinin Avstriya “Rapid”i ilə III təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin potensial rəqibi bilinəcək.

“Ağ-qaralar” Vyana klubu ilə avqustun 4-də və 11-də üz-üzə gələcək. Avstriya təmsilçisinin reytinqi yüksək olduğu üçün “Neftçi” – “Rapid” cütü püşkatmada səpələnmiş olacaq. Bu isə Azərbaycan vitse-çempionuna münasib rəqib vəd edir.

Əsas yolda hər səbətdə 17 iştirakçı olacaq. Hər iki səbətdə həm klublar, həm cütlər var.

Əsas yol
Səpələnmişlər

“Vilyarreal” (İspaniya)
“Brondbü” (Danimarka) - “Bazel” (İsveçrə) cütünün qalibi
“Slaviya” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi
“KuPS” (Finlandiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Dandi Yunayted” (Şotlandiya) - “Alkmaar” (Niderland) cütünün qalibi
“Breydablik” (İslandiya) - “Başakşəhər” (Türkiyə) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) – “Aris” (Yunanıstan) cütünün qalibi
AEK (Yunanıstan) – “Partizan” (Serbiya) AL cütünün qalibi
“Vest Hem” (İngiltərə)
“Molde” (Norveç) – “Kişvarda” (Macarıstan) cütünün qalibi
“Zarya” (Ukrayna) – “Universtatya” (Krayova, Rumıniya) cütünün qalibi
APOEL (Kipr) – “Kızıljar” (Qazaxıstan) cütünün qalibi
“Dunayska Ştreda” (Slovakiya) - “Styaua” (Rumıniya) cütünün qalibi
“Neftçi” (Azərbaycan) - “Rapid” (Avstriya) cütünün qalibi
“Fiorentina” (İtaliya)
“Köln” (Almaniya)
“Slovaçko” (Slovekiya) – “Fənərbaxça” (Türkiyə) AL cütünün qalibi

Səpələnməmişlər
“Lillestryom” (Norveç) - “Antverpen” (Belçika) cütünün qalibi
“Luqano” (İsveçrə) - “Hapoel” (Beyer Şeva, İsrail) cütünün qalibi
“Nitsa” (Fransa)
“Payde” (Estoniya) - “Anderlext” (Belçika) cütünün qalibi
“Fehervar” (Macarıstan) – “Petrokub” (Moldova) cütünün qalibi
“Volfsberger” (Avstriya) – “Qzira Yunayted” (Malta) cütünün qalibi
“Riqa” (Latviya) - “Jil Visente” (Portuqaliya) cütünün qalibi
“Hayduk” (Xorvatiya) - “Gimarayeş” (Portuqaliya) cütünün qalibi
“MOİK Sofiya” (Bolqarıstan) – “Sent Patriks” (İrlandiya) cütünün qalibi
“Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) cütünün qalibi
AİK (İsveç) - “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi
“Spartak” (Slovakiya) – “Rakov” (Polşa) cütünün qalibi
“Vaduts” (Lixtenşteytn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi
“Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi
“Viborq” (Danimarka) – B36 (Farer adaları) cütünün qalibi
“Sepsi” (Rumıniya) - “Yurqorden” (İsveç) cütünün qalibi
“Levski” (Bolqarıstan) – “Hamrun” (Malta) cütünün qalibi
 

writer photo
Əlirza Əlirzalı
0