Konseysao “Əl-Hilal”dan təklif alıb
20.06.2023 - 20:54
Konseysao “Əl-Hilal”dan təklif alıb

Serjio Konseysaonu “Əl-Hilal”ın baş məşqçisi təyin oluna bilər.

Apasport.az saytı xəvər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssisə yüksək məbləğdə maaş təklif edib.

Əgər danışıqlar baş tutarsa, Konseysao ilə 20 milyon avro qazanacaq. Təcrübəli mütəxssisə 3-4 illik müqavilə təklif olunacaq. Bu keçidin baş tutması üçün “Əl-Hilal” məşqçinin hazırki klubu “Portu”ya 18 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, “Portu” 48 yaşlı mütəxəssisin rəhbərliyi ilə 3 dəfə Portuqaliya çempionu olub.
 

writer photo
Əlirza Əlirzalı
0