Futbolçu infarkt keçirdi, oyun yarıda qaldı
17.12.2023 - 13:37
İngiltərə Premyer Liqasının "Luton Taun"- "Bornmut" matçında xoşagəlməz hadisələr yaşanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmanın 2-ci hissəsində evsahibi komandanın kapitanı Tom Lokyerin səhhəti pisləşib.
29 yaşlı müdafiəçi oyun zamanı ürəktutması keçirib. Hər iki komandanın həkim briqadası Uels millisinin də şərəfini qoruyan arxa xətt oyunçusuna kömək ediblər. Matçın hakimi məlum səbəbdən qarşılaşmanı təxirə salıb.
Qeyd edək ki, xəstəxanaya çatdırılan futbolçunun vəziyyəti stabildir. Hazırda o, əlavə müayinələrdən keçir və ailəsi də yanındadır.
0
0