Azərbaycan kubokunda yarımfinal mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, keçirilən 4 oyunda heç-heçə qeydə alınmayıb.
“Neftçi” və “Turan Tovuz”un duellərində tərəflər evdə (0:1, 2:0) qalib gəlibsə, “Qəbələ” “Səbail”i hər iki matçda (3:2, 1:0) məğlub edib. Kubok qazanmağa iddialı komandaların mübarizə apardığı yarımfinalda heç-heçənin olmaması son 14 mövsümdə ilk dəfə qeydə alınır.
Belə hadisə sonuncu dəfə 2008/09 mövsümündə yaşanıb.
Həmin vaxt “Qarabağ” “Bakı”nı iki dəfə məğlub edib (2:1, 2:1), “İnter”lə “Qəbələ” isə ev oyunlarında (5:0, 0:2) qalib gəlib. Sonrakı mövsümlərdə yarımfinalda ən azı bir matç sülhlə tamamlanıb.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə yarımfinal cütləri müəyyənləşsə də, qarşılaşmalar baş tutmayıb.