“Frayburq”un baş məşqçisi: “Qarabağ”la düşmək maraqlı olar”
26.08.2022 - 10:04
“Frayburq”un baş məşqçisi: “Qarabağ”la düşmək maraqlı olar”

Püşkatmaya birlikdə baxacağıq, səbirsizliklə gözləyirik. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər”.

Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının püşkatması barədə danışarkən deyib.

Bu gün baş tutacaq tədbirdə 3-cü səbətdə yer alacaq Almaniya klubu Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərindən biridir. Bundesliqa təmsilçisinin 57 yaşlı çalışdırıcısı məhz Ağdam klubu ilə eyni qrupda yer almağı arzulayır: “Rəqiblərin kimliyinin heç bir əhəmiyyəti yoxdur. Səfərləri səbirsizliklə gözləyirəm. Azərbaycan təmsilçisi “Qarabağ”la düşmək maraqlı olar, orada olmamışam. Bilmədiyin yeni stadionlara getmiş olursan”.

Qeyd edək ki, Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. “Qarabağ” II səbətdə qərarlaşacaq.

writer photo
Əlirza Əlirzalı
0