“Fənərbaxça”nın bəyənmədiyi “7 oğul”
05.04.2023 - 12:03
“Fənərbaxça”nın bəyənmədiyi “7 oğul”

“Fənərbaxça”da mövsümün sonunda klubu tərk edəcək futbolçular bəlli olub.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 6 oyunçusu ilə yollarını ayırmağı planlaşdırır.

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan icarəyə götürülən Şimali Makedoniya millisinin müdafiəçisi Ezcan Alioski, daha bir müdafiəçi Qustavo Enrike (“Bahia”, Braziliya) və qapıçı İrfan Can Eyribayıtın (“Göztəpə”, Türkiyə) klublarına geri qayıdacaqları bildirilir.

Yerli futbolçulardan isə son dövrlər tez-tez zədələndiyi üçün komandasına kömək edə bilməyən daha bir müdafiəçi Nazim Sanqare və hücumçu Sərdar Dursunun da yeni mövsümdə heyətdə olmayacağı gözlənilir.

“Fənərbaxça”nın ötən il İtaliya “Kalyari”sindən 4,68 milyon avroya transfer etdiyi hücumçu Joao Pedronu isə yayda Apennin təmsilçilərindən birinə icarəyə göndərməyi planlaşdırdığı iddia olunur.

writer photo
Əlirza Əlirzalı
0