“Futbolçular çox epizoda qeyri-ciddi yanaşırdılar“ - Qurban Qurbanov
02.04.2024 - 22:33
“Futbolçular çox epizoda qeyri-ciddi yanaşırdılar“ - Qurban Qurbanov

"Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərlər üçün maraqlı oyun göstərdilər. İlk oyun idi. əvvəlki müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq. İki fərqli hissə oldu. İlk yarıda üç qol vursaq da, ikinci yarıda qol epizodlarımız daha çox oldu. Ona görə futbolçulardan narazı oldum. Futbolçular çox epizoda qeyri-ciddi yanaşırdılar. İndi də futbolçularımla söhbətim oldu. Fikirlərimi bildim. Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq keçiriblər. İşimizdir. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyun bizə nəticə baxımından və digər detallara görə yaxşı faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram. Əsl aristokrat azarkeş qrupu var idi stadionda".

Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri matç haqda danışarkən deyib. Oyundan sonra o, jurnalistlərin suallarını cavablandırıb:  

- Toral Bayramın performansı barədə fikirləriniz necədir? Gələcəkdə də yarımmüdafiə mövqeyində oynadacaqsız?

-Statistikaya baxsaq, yaxşı oyun göstərdi. Əvvəllər də o mövqedə onu oynatmışıq. Əvvəllər elə bu mövqedə oynayıb. O bacarıq onda var.Bu gün daha keyfiyyətli oynayır. Amma qollara baxsaq fərqli düşünərik. Ancaq digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Daha da bərk olmalıdır. Bunu mütləq bacarmalı, yaxşılaşdırmalıdır. Meydana əsas heyətdə onu o mövqedə buraxdıqsa, ondan düzgün yararlana bildik. Daha diqqətli, məsuliyyətli olmalıdır.

- Son günlər "Qarabağ"ın futbolçularına xarici klublardan təkliflər var. Konkret kimə təklif gəlib?

Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narhat edən məqam çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayhrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsa da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözlərə qulaq asan, əməl edən idmançılardır. Amma belə hallar var. Qeyri-rəsmi yəqin ki, danışıqlar var deyə, oyunda özlərini tam oyuna verə bilmirlər.

- Bu gün Azərbaycan futbolu üçün yeni dönəm başladı. Sizin də adınız da İK-nin siyahısındadır. Gələcəklə bağlı AFFA rəhbərliyi ilə danışmısız

- Mənə inanan hər kəsə təşəkkür edirəm. Ki, öz etimadlarını göstərirlər. Digər tərəfdən burada kollektiv müzakirə olunacaq fikirlər var. Hərənin öz təklifi ola bilər və bu da müzakirə olunacaq. bu günə görə fikir bildirə bilmərəm. Çünki ilk görüş sadəcə formal xarakter daşıyırdı. Bir ay ərzində yenidən bir araya gələcəklər və onda ilk müzakirələr başlanacaq. Gələcək üçün hədəf orada bildiriləcək. Bu məlumatları mən tərəfdən yox, federasiya tərəfdən veriləcək. Lazım olsa, razı və yaxud da narazı, fikir bildirmək lazım olarsa, bunu bildirəcəyik. Yeni heyətə uğurlar arzulayıram. Hər zaman tərəfdarı olmuşam ki, hansısa qərarı qəbul etməyə, fikirlər bildirməyə, qarşımıza məqsəd qoymağa gecikməyək. 

Millinin baş məşqçi məsələsinə gəlincə, bunu heç vaxt müzakirə etməmişəm. Bunun üçün ayrıca İşçi Qrupu ayrılmışdı. Məsələ həll olunub. Rövşən Nəcəfin müsahibəsini oxudum ki, rəsmiləşmə qalıb. Qarşıda müzakirə olunacaq, yoxsa ona kimi qərar qəbul olunacaq, bilmirəm. Ətraflı məlumat verə bilməyəcəm.

- Bu gün şansınız olsaydı, Azərbaycan ftubolunda əsas nəyi dəyişərdiz?

Bu gün "Qarabağ"ı dəyişməzdim. Bu haqda fikir bildirməyim düz olmazdı.

- Premyer Liqada çempion olduz, bu gün də "Neftçi"ni kubokda uddunuz. Bu hal komandaya gələcək oyunlarda necə təsir edəcək?

Həmişə yaxşı qələbə komandaya inam verir, komandanın gücünü göstərir. Biz həm qalib gəldik, həm də xoşlamadığım elementlər oldu. Onları da müzakirə edəcəyik ki, futbolçular daha məsuliyyətli olsun. Ancaq pozitiv düşünürəm. "Neftçi" kimi kiomandaya qarşı qələbənin faydası çox olacaq.

- "Qarabağ"ın erkən çempionluğuna görə futbolçularda rahatçılıq yaradacaq?

Rəqabətsiz çempionat deməzdim. Bütün komandalar bizə rəqabət göstərirlər. amma biz məşqçilərin üzərinə çox iş düşəcək. Futbolçularla daim ünsiyyətdə, onları qarşıdakı matçlara motivasiya etməliyik. Mənim üçün böyük təcrübə və faydası olacaq. Hamı fikirləşə bilər ki, bu günə qədər çox işləyirdim. Amma mövsümün sonuna qədər işim daha çox olacaq. Öz oyunumuzu, keyfiyyətimizi qoruyub-saxlamalıyıq.

- Adınız "Latsio" və digər klublarla yanaşı hallanırdı. Şəxsən özünüzə müraciət edən olub

Bu barədə çox danışmağa ehtiyac yoxdur. Mən öz fikirlərimi yayındırmaq istəmirəm. Hansısa uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, olsa necə idi? Mənim cavabım qətidir, "Qarabağ"dayam. O haqda düşünmürəm.

- Keçən oyunda da "Neftçi" ilə matçda kifayət qədər azarkeş var idi, bu gün də. Niyə "Qarabağ"ın öz ev oyunlarında bu qədər azarkeş yığılmır? Səfər matçlarında daha çox azarkeşiniz olur...

Nə bilim. "Neftçi" ilə ev oyunlarında da az azarkeş olmayıb. Allah qoysa, gələrlər. Bəlkə də mənə aid olan sual deyil. Biz həmişə azarkeşlərə müraciət edirik, onları stadionda görmək istəyirik. Təsəvvür edin ki, stadion boş olardı, yoldaşlıq görüşünə bənzəyərdi. Azarkeşlər mütləq olmalıdır. Bizə məsuliyyətidir. Bu da Azərbaycan futbolu üçün çox vacib elementlərindən biridir. Ki , onları hansısa yolla stadiona cəlb edək. Avrokuboklarda olur. Amma çempionat matçlarını da eyni tempdə keçirməliyik.

- Çempionlar Liqasının reqlamentində dəyişiklik olub. İndidən ÇL haqda düşünürsüz? Sizcə bu dəfə daha çətin olmayacaq?

Format dəyişilib. Amma dəyişilən nöqtəyə kimi eynidir. Biz qarşımıza ÇL-in qrupuna düşmək hədəfi qoryuruqsa, 8 oyunda qalib gəlməliyik. Sonrakı mərhələdir. Biz hər turnirdən maksimum iştirak etməyi qarşıya hədəf qoymuşuq. Komandanı ilk olaraq turnirə kimi sağlam qoruyub-saxlamalıyıq.

writer photo
Əlirza Əlirzalı
0