Georgi Dermençiyev: "Cütün taleyi Razqradda həll olunacaq"
06.08.2024 - 22:51
Georgi Dermençiyev: "Cütün taleyi Razqradda həll olunacaq"

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında "Qarabağ" "Ludoqorets"ə məğlub olub.

Apasport.az xəbər verir ki, görüşdən sonra təşkil olunmuş mətbuat konfransında qonaqların baş məşqçisi Georgi Dermençiyev jurnalistlərin suallarını cavablandırıb:

- Bu mövsüm avrokuboklarda birinci oyunları udub, ikinci matçları uduzursuz. Bu sizi qorxutmurki?

- Şanslar 50/50-dir. Razqradda görəcəksiz ki, cütün taleyi necə olur.

- "Qarabağ" üstün olsa da, qol vuran siz oldunuz. Rəqibin hansı zəif cəhətlərindən istifadə edirdiz ki, qollar vururduz?

- "Qarabağ" daha çox hücum edirdi. Belə olanda da, bizim qol vurmağımız üçün imkan yaradırdı.

- Futbolçunuz qırmızı vərəqə alaraq meydandan qovuldu. Hakimin qərarı ilə bağlı mövqeyiniz necədir?

- Bu haqda ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, futbolçumuzun ayağı iki tərəfdən sınıb.

- Fasilədə futbolçularınıza nə dediz?

- "Qarabağ"ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara tapşırdım ki, bundan istifadə etsinlər.

- Cavab matçında da ilk oyundakı kimi daha çox müdafiədə oynayacaqsız, yoxsa evdə daha çox hücumda oynayıb qalib gəlməyə çalışacaqsız?

- Hələ heç nə bitməyib. Davamını Razqradda görəcəyik.

- Kayo və Tekpeteyin yoxluğu sizin üçün nə dərəcədə ciddi itkidir?

- İki futbolçunun olmaması bizim üçün ciddi itkidir. Qərarı öz meydanımızdakı matçda verəcəyik.

writer photo
Əlirza Əlirzalı
0