Haaqada bir dəst medal
07.09.2023 - 21:19
Haaqada bir dəst medal

Niderlandın Haaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürüb.

Apasport.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu olub.

Tatami üzərinə çıxan təmsiçilərimizdən üçü medal qazanıb. Nazim İmranov (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. 66 kq çəki dərəcəsində mübarizəyə qoşulan Aydın Rzayev finaladək bütün rəqiblərinə qalib gəlib. O, həlledici görüşdə uduzaraq, gümüş qazanıb. Qızların mübarizəsində isə Aydan Vəliyeva Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, turnirdə 43 ölkədən 366 idmançı qələbə uğrunda yarışır.
 

writer photo
Əlirza Əlirzalı
0