Hakimləri döyən baş məşqçiyə ağır cəza, “Göygöl”ə texniki məğlubiyyət
03.11.2023 - 12:56
Hakimləri döyən baş məşqçiyə ağır cəza, “Göygöl”ə texniki məğlubiyyət

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda əvəzedicilər, 1-ci və 2-ci liqanın hesabat turunda baş verənlər müzakirə olunub. Komitə xoşagəlməz hadisələrin səbəbkarlarını cəzalandırıb.


I Liqa VII tur

01.11.2023-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “İrəvan” oyununda “İrəvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);

01.11.2023-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “İrəvan” görüşünün oyunöncəsi iclasında “İrəvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 73.1);

01.11.2023-cü il tarixində I Liqanın VII turunun “İmişli” – “Zaqatala” oyununda “İmişli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);

01.11.2023-cü il tarixində I Liqanın VII turunun “İmişli” – “Zaqatala” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 100 manat cərimə edilir (maddə 72.4);

02.11.2023-cü il tarixində I Liqanın VII turunun “Qaradağ Lökbatan” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilir (maddə 37);

02.11.2023-cü il tarixində I Liqanın VII turunun “Qaradağ Lökbatan” – MOİK görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 73.1);

02.11.2023-cü il tarixində I Liqanın VII turunun “Qaradağ Lökbatan” – MOİK oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

 

II Liqa IX tur

30.10.2023-cü il tarixində II Liqanın IX turunun “Füzuli” – “Lerik” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilir (maddə 37);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Cəbrayıl” – “Ağdaş” oyununun 44-cü dəqiqəsində “Cəbrayıl” klubunun 14 nömrəli futbolçusu Əliəkbər Şəbiyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Cəbrayıl” klubu 50 manat cərimə edilir (maddə 36.5);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 22-ci dəqiqəsində “Sheki City” klubunun 8 nömrəli futbolçusu Xaliq Şabanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sheki City” klubu 150 manat cərimə edilir (maddə 39.1);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununda “Göygöl” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 64-cü dəqiqəsində “Göygöl” klubunun 14 nömrəli futbolçusu Ülvi Cəlilov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 36.5);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 81-ci dəqiqəsində “Göygöl” klubunun 7 nömrəli futbolçusu Vüqar Əşrafli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 36.5);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 75-ci dəqiqəsində “Göygöl” klubunun 1 nömrəli qapıçısı Nicat Əmirxanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 41);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 82-ci dəqiqəsində “Göygöl” klubunun baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanır, “Göygöl” klubu 2000 manat cərimə edilir (maddə 47.2);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Göygöl” klubu 500 manat cərimə edilir və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilir. Bu sanksiya II Liqa oyununa aiddir (maddə 49.1, 23);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 7 dəqiqə gec başladığına görə “Göygöl” klubu 100 manat cərimə edilir (maddə 72.4);

31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 65 və 83-cü dəqiqələrində “Göygöl” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Göygöl” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

 

Əvəzedicilər liqası XI tur

29.10.2023-cü il tarixində Əvəzedicilər liqasının XI turunun “Zirə-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);

30.10.2023-cü il tarixində Əvəzedicilər liqasının XI turunun “Sumqayıt-2” – “Qəbələ-2” oyununun 73-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 25 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sumqayıt-2” klubu 150 manat cərimə edilir (maddə 39.1);

30.10.2023-cü il tarixində Əvəzedicilər liqasının XI turunun “Sumqayıt-2” – “Qəbələ-2” oyununun 90-cı dəqiqəsində “Sumqayıt-2” komandasının 70 nömrəli futbolçusu Cavid Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sumqayıt-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

30.10.2023-cü il tarixində Əvəzedicilər liqasının XI turunun “Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilir (maddə 37);

30.10.2023-cü il tarixində Əvəzedicilər liqasının XI turunun “Sumqayıt-2” – “Qəbələ-2” oyununun 90-cı dəqiqəsində “Qəbələ-2” komandasının 22 nömrəli futbolçusu Fərid İsgəndərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Qəbələ-2” komandası 200 manat cərimə edilir (maddə 43.1).
 

writer photo
Əlirza Əlirzalı
0