“Böyük beşlik” ölkələrinin liqaları və kubokunda ən məhsuldar heç-heçələri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Avropanın 5 ən güclü liqasında qeydə alınan ən qollu sülh 6:6 hesabı ilə başa çatıb.
Bu nəticəyə 4 dəfə təsadüf olunub. İngiltərədə 2, İspaniya və Almaniyada bir dəfə 12 qol qalibi müəyyənləşdirməyə yetməyib.
Maraqlıdır ki, Azərbaycan çempionatının rekordu da eyni nəticədir. 1998/99 mövsümündə “Viləş” – “Turan” qarşılaşması 6:6 hesabı ilə başa çatıb. Oyunun nəticəsinin danışılmış olduğu barədə əbədi müzakirələrə baxmayaraq, görüş barədə rəsmi araşdırma və qərar olmayıb.
Yaddaqalan sonuncu belə nəticə isə 2012-ci ildə yaşanıb. Şotlandiya çempionatında “Mazervell” – “Hibernian” görüşü 6:6 hesabı ilə başa çatıb.
“Böyük beşlik”də ən məhsuldar heç-heçələr
“Arsenal” – “Lester” - 6:6 (1930)
“Atletiko” – “Atletik” - 6:6 (1950)
“Şalke” – “Bavariya” - 6:6 (1984)
“Çarlton” – “Midlsbro” - 6:6 (1996)