"Qalatasaray" fransız müdafiəçiyə təklif göndərib
07.08.2024 - 16:39
"Qalatasaray" fransız müdafiəçiyə təklif göndərib

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, Türkiyə nəhəngi İngiltərənin "Aston Villa" komandasında çıxış edən Lyuka Dinlə razılıq əldə edib.

"Sarı-qırmızılar" fransalı müdafiəçinin klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2022-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinir. 

writer photo
Əlirza Əlirzalı
0