"Turan Tovuz"un yoxlama oyunu təxirə salındı
09.01.2024 - 17:00
"Turan Tovuz"un yoxlama oyunu təxirə salındı

“Turan Tovuz”un bu gün keçiriləcək yoxlama oyunu təxirə salınıb.

Apasport.az bu barədə klubun mətbuat xidmətinə istinadla xəbər verir. 

Rumıniyanın “Voluntari” komandası ilə qarşılaşma əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün baş tutmayacaq. 

Antalyadakı “Topkapı Sport Center”in meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Tovuz klubu yanvarın 15-də daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda günün ilk oyununda Macarıstan təmsilçisi “Şiofok”la, ikinci matçında isə Özbəkistan “Nasaf”i ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0