Türkiyə Kuntzla rəsmən vidalaşdı
20.09.2023 - 17:21
Türkiyə Kuntzla rəsmən vidalaşdı

Türkiyə millisində baş məşqçi dəyişikliyi olacağı dəqiqləşib.

Apasport.az saytı xəbər verir ki, Stefan Kuntzla Türkiyə Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi arasında görüş olub.

Görüş zamanı 60 yaşlı alman mütəxəssisin millidəki fəaliyyəti müzakirə edilib. Xüsusilə AVRO-2024-ün seçmə mərhələsinin Ermənistanla (1:1) ev oyunundakı bərabərlik və yoldaşlıq görüşündə Yaponiyaya böyük hesablı məğlubiyyət (2:4) ciddi narazılıqlara səbəb olub. Türkiyə mediasının xəbərinə görə, Federasiya rəhbərliyi bütün bu uğursuzluqları nəzərə alaraq, məşqçi ilə yolları ayırmağa qərar verib.   

Qeyd edək ki, Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinin sükanı arxasında idi.

writer photo
Əlirza Əlirzalı
0