Brendan Rocers “Seltik”ə dönür
14.06.2023 - 00:46
Brendan Rocers “Seltik”ə dönür

“Seltik” Ange Postekoğludan boşalan baş məşqçi vəzifəsinə axtarışlarını davam etdirir.

Apasport.az saytı xəbər verir ki, Brendan Rocersin Şotlandiya klubuna dönüşü gözlənilir.

Rocers 2016-2019-cu illərdə komandaya rəhbərlik edib. Onun başçılığı ilə “Seltik” üç dəfə ölkə çempionu titulunu qazanıb. Komanda 50 yaşlı mütəxəssislə Şotlandiya və Liqa kuboklarında da uğurlara nail olub. 

Qeyd edəki ki, Rojersin son iş yeri “Lester” olub. O, bu ilin aprelində komandadan azad olunub. Təcrübəli mütəxəssis “Liverpul”, “Uotford”, “Redinq”, “Suonsi” kimi ingilis klublarında da çalışıb.
 

writer photo
Əlirza Əlirzalı
0