Noyabrın 12-də Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.
8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Kişilərdən ibarət yığmanın məşqçiləri Elbrus Rzayev və Ravşan Xocayev çempionatda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Daniel Xolostenko (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mirxəyal Məmmədov (92 kq) və Aslan Mövsümova (+92 kq) şans verəcək.
Qadınlardan ibarət komandanın məşqçisi İlkin Ağayev isə 3 boksçumuzu yoxlayacaq. Yarışda təmsilçilərimizdən rinqə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) çıxacaqlar.
Budvada hakimlər sırasında Elxan Quliyev də yer alacaq. Bu gün Budvaya yollanan yığmamız noyabrın 20-də Bakıya qayıdacaq.
Qeyd edək ki, çempionatın püşkü noyabrın 11-də atılacaq.