2022-ci il ENDİRİMİ
31.12.2022 - 12:28
2022-ci il ENDİRİMİ

2022-ci ildə transfer qiyməti ən çox düşən futbolçular bəlli olub.

Apasport.az saytının məlumatına görə, ən böyük endirim Romelu Lukakunun qiymətində müşahidə olunub.

Belçikalının dəyəri 45 milyon avro düşüb. Bir il əvvəl qiyməti 100 milyonla ölçülən hücumçu indi cəmi 55 milyona bərabərdir.

İlk iki sırada “İnter”in üzvləri yer alıb. “Onluq”da isə “Mançester Yunayted”in daha çox – 3 oyunçusu var.

1. Romelu Lukaku (“İnter”)– 45 milyon avro (100 milyondan 55 milyona)
2-3. Stefan de Vrey (“İnter”) – 30 (45-dən 15-ə)
Markus Reşford (“Mançester Yunayted”) – 30 (85-dən 55-ə)
4-10. Yussef En-Naseri (“Sevilya”) – 25 (40-dan 15-ə)
Memfis Depay (“Barselona”) – 25 (45-dən 20-yə)
Antuan Qrizmann (“Atletiko”) – 25 (50-dən 25-ə)
Timo Verner (“Leypsiq”) – 25 (50-dən 25-ə)
Markos Lorente (“Atletiko”) – 25 (60-dan 35-ə)
Rafael Varan (“Mançester Yunayted”) – 25 (65-dən 40-a)
Ceydon Sanço (“Mançester Yunayted”) – 25 (60-dan 35-ə)

writer photo
Əlirza Əlirzalı
0