Ronaldinyonun oğlu karyerasını İngiltərədə davam etdirəcək
15.08.2024 - 09:56
Ronaldinyonun oğlu karyerasını İngiltərədə davam etdirəcək

Braziliyalı vinger Joao Mendes özünə yeni klub tapıb.

Apasport.az xəbər verir ki, əfsanəvi futbolçu Ronaldinyonun oğlu İngiltərənin "Bernli" klubu ilə müqavilə imzalayıb.

Əvvəllər 19 yaşlı futbolçu “Barselona”nın gənclər komandasında çıxış edib və karyerasına vətənində “Kruzeyro” akademiyasında başlayıb.

Qeyd edək ki, braziliyalı hələ böyüklər səviyyəsində oyun keçirməyib. 
 

writer photo
Əlirza Əlirzalı
0