"Hypers" II Liqada
05.06.2024 - 19:39
"Hypers" II Liqada

Futbol üzrə Azərbaycan çempionatının II Liqasında çıxış edəcək son klub müəyyənləşib.

Apasport.az xəbər verir ki, "Hypers" pley-offda bu uğura nail olub.

Komanda II Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununda da qələbə qazanıb. İlk görüşdə "Şəfa"nı 2:0 hesabı ilə məğlub edən "Hypers" bu dəfə 2:1 üstün olub.

Qeyd edək ki, "Hypers" Region Liqasını 2-ci, "Şəfa" isə II Liqanı 13-cü pillədə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0